15 iyul hadisəsindən bir ay ötdü- Türkiyə iqtisadiyyatına 1,5 milyard manat ziyan dəydi

  • By admin
  • 15 Avqust 2016 12:19

18072016123057549_0

Bu gün Türkiyədə baş verən məlum 15 iyul hadisəsinin bir ayı tamam olur.

Gununsesi.info xəbər verir ki, bununla bağlı mətbuata açıqlama verən Türkiyənin Baş naziri Binali Yıldırım – FETÖ və PYD ilə əlqəsi olan 81 min 500 nəfər aşkar edilərək məsuliyyətə cəlb olunduğunu deyib: “Türkiyədə FETÖ-yə bağlı 1017 məktəbin fəaliyyəti isə dayandırılıb. Fəaliyyəti dayandırılar məktəblədə təhsil alan şagirdlərin bir qismi xüsusi məktəblərə, digər bir qismi isə dövlət məktəblərinə köçürülüb”.

Binali Yıldırımın sözlərinə görə,15 iyul hadisəsi zamanı 240 nəfər həyatını itirib, min 440 nəfər isə yaralanıb:Yaralılardan 89 nəfərin müalicəsi davam etdirilir. 3 min əsgər isə həbs olunub”.

Eyni zamanda, Baş naziri Binali Yıldırım bu istiqamətdə araşdırmanın davam etdirildiyini deyərək əlavə edib ki,dövlət çevrilişi zamanı vəzifə almış, hətta illərdən bəri bu planın  hazırlanmasında fəal şəkildə iştirak etmiş hər kəs qanun qarşısında cavab verəcək:“Bu günə kimi dövlət idarələrində FETÖ-yə hizmət göstərən 76 min 597 nəfərə aşkar edilib, onlardan 4 min 897 nəfəri isə işdən azad olunub. Bundan başqa 100-ə yaxın şirkətin FETÖ-yə maliyyə dəstəyi verdiyi məlub olub”.

Qeyd edək ki, bir ay ərzində Türkiyə iqtisadiyyatına 1,5 milyard manat ziyan dəyib.

Anar

Gununsesi.info