ABŞ kəşfiyyat orqanları dissident və siyasətçilərə qarşı sui-qəsd və təxribatlar üçün cəlb edilən şəxsləri həbs edib.
Gununsesi.info xəbər verir ki, “Time TV”nin məlumatına görə, şəbəkəni ABŞ Ədliyyə Nazirliyi aşkar edib. ABŞ hakimiyyəti Rusiya kəşfiyyat orqanları ilə işləyən və ABŞ və Avropada müşahidə, sui-qəsd və təxribatlar həyata keçirmək üçün şəxsləri cəlb edən beş nəfərə qarşı ittiham irəli sürüb.
Hadisələrdən biri ABŞ-da baş verib. Cəlb edilən şəxsə əvvəlcə tanınmış rusiyalı dissidenti izləmək tapşırılıb. Daha sonra həmin şəxsin öldürülməsi və ya yoxa çıxarılması üçün 40 min dollar təklif edilib.
Digər hadisə Litva ilə bağlı olub. Prokurorluğun məlumatına görə, FSB zabiti Kirill Xrameyev başqa bir hədəfin evinin fotoşəkilləri üçün amerikalıya təxminən 200 dollar ödəyib. Prokurorların Rusiya kəşfiyyat xidmətlərinin keçmiş polkovniki kimi təqdim etdiyi Yuri Xrameyev daha sonra həmin şəxsi öldürmək üçün təxminən 25 min dollar təklif edib.
Amerikalı bundan imtina etdikdə ona daha “sadə iş” təklif olunub. Bu, anbara od vurmaq və ya elektrik yarımstansiyasına hücum etməkdən ibarət olub.
Müstəntiqlərin bildirdiyinə görə, Xrameyev hədəflərin Ukraynaya yardım edən ölkələrdə yerləşməli olduğunu bildirib.












