15 metrlik yolka aşdı - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 11 Dekabr 2017 08:50

Almaniyanın Eşvayler şəhərində 15 metrlik Milad şam ağacı aşıb.

Gununsesi.info xəbər verir ki, 15 metrlik Milad şam ağacı uşaq karuselinin üzərinə aşıb və 4 nəfərə yaxın insan xəsarət alıb. Xəsarət alanlar arasında uşaqların olmadığı bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Alamaniyada güclü qar səbəbindən bir neçə hava limanı aviaresləri təxirə salıb.

Gununsesi.info