Qaxda yanğın hadisəsi baş verib

  • By admin
  • 11 Dekabr 2017 09:00

Qaxda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qax rayonu, Dəymədağlı kəndində ümumi sahəsi 165 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 165 m2 sahədə və ev əşyaları 45 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info