1,5 milyon avroya ətir satışa çıxarıldı

  • By admin
  • 02 Mart 2020 16:15

İspaniyada 1,5 milyon avro (2,8 milyon manat) dəyərində ətir satışa çıxarılıb.

Gununsesi.org bildirir ki, xəbəri “govoritmoskva.ru” saytı yayıb.

Qeyd olunur ki, dəst hər fəsil üçün nəzərdə tutulmuş dörd ətirdən ibarətdir.

Ətrin şüşəsi brilyant, sapfir və zümrüdlərlə bəzədilib.

İstehsalçı satışdan əldə olunan gəlirin yarısını xeyriyyə məqsədləri üçün istifadə olunacağını bildirib.

Gununsesi.org