İranda koronavirusa yoluxanların sayı 1500-ü keçdi

  • Müəllif: admin
  • 02 Mart 2020 16:08

İranda koronavirusdan 66 nəfər ölüb. Yoluxanların sayı isə 1501 nəfərə çatıb.

Gununsesi.org bildirir ki, bu barədə IRIB İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyinə istinadla xəbər yayıb.

Bundan əvvəl ölənlərin sayı 55, yoluxanların sayı isə 978 nəfər göstərilmişdi.

Xatırladaq ki, İranda “Sifariş Dəyərinin Diaqnozu Şurası”nın üzvü 72 yaşlı Seyid Məhəmməd Mirməhəmmədi də koronavirusdan ölüb. O, ölkənin dini lideri Əli Xameneinin müşaviri olub.

Gununsesi.org