ABŞ-ın vitse-prezidentindən Kremlin ünvanına sərt ittihamlar - TİFLİSDƏN

  • By Mayil
  • 01 Avqust 2017 16:02
4cfc53250c11e1aaba873cee2931fd56
ABŞ Gürcüstanı və onun xalqını dəstəkləyir.
Gununsesi.info novosti-qruziya-ya istinadən xəbər verir ki,  bu fikri ABŞ-ın vitse-prezidenti Mayk Pens Tiflisdə keçirdiyi brifinqdə səsləndirib.
 
Brifinq zamanı M. Pens bir daha ABŞ prezidenti Donald Trampın müraciətini səsləndirərək deyib ki, biz Gürcüstan dövləti və onun xaqlının yanındayıq:
“Gürcüstan bir  zamanlar SSRİ adlı xalqlar həbsxanasında idi və bu dəhşətli rejim dağıldıqdan sonra  Gürcüstan qərbə doğru dostluq əli uzatdı. Və biz də öz növbəmizdə Gürcüstanla daha sıx yaxınlıq etməyə, əlaqələri möhkəmlətməyə,  bütün imkanlarımı realizə edərək,  strateji situasiyaya uyğun  təhlükəsizliyin təmin olunması istiqamətində  hədəflərimizi  daha da möhkəmlətməyə hazırıq”.
Vitse-prezident Gürcüstanda NATO-nun keçirdiyi hərbi təlimlərə də toxunaraq deyib ki,  “Layiqli tərəfdaş” adı altında keçirilən  hərbi təlimlər  gürcüstana öz müdafiə qabliyyətini daha da möhkəmləndirməyə imkan verəcək:
“Bu bir daha ABŞ-ın Gürcüstanın müdafiə qabliyyətinin möhkəmləndirilməsi istiqamətindəki yardımının göstəricisidir”.
Gürcüstanın NATO-nun tamhüquqlu üzvülüyün tərəfdarı olduğunu bəyan edən  M. Pens deyib ki,  Gürcüstan mütləq NATO-nun tam hüquqlu üzvü olmalıdır.
Gürcüstan torpaqlarınn işağl faktından danışan vitse-prezident  deyib ki, tiflisdən 40 km məsafədə Rus tankları dayanıb və ölkənin 20% torpaqlarını işğal edib: “Ona görə də ABŞ Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir. Odur ki, ABŞ Gürcüstanən ərazi bütövlüyünü  və suverenliyini  tam dəstəkləyir. Donald Tramp administrasiyası  Gürcüstanın ərazi bütövlüyünə və suverenliyin olan hər hansı cəhdin qarşısında olacaq və buna  ciddi  formada  cavab verəcək. Bütün bunları nəzərə aln Tramp  tezliklə  Rusiyanın bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə sanksiyalar  qəbul edəcək”.
Vitse-prezident sonda Gürcüstanən ərazi bütövlüyün təmin edəcəyinə əmin olduğunu dilə gətirib.
Mürtəza
Gununsesi.info