ABŞ onların başına 10 milyon dollar mükafat qoydu

  • Müəllif: Orxan
  • 25 Avqust 2026 10:24

ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş yüksək vəzifəli şəxsi barədə məlumat verənlərə ümumilikdə 10 milyon dollara qədər mükafat vəd edib.

Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamenti SEPAH-ın əsas fiqurları barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Mükafat proqramına SEPAH-ın baş komandanı Əhməd Vahidi, SEPAH-ın Mərkəzi Komandanlığının rəhbəri Məhəmməd Rza Abdullahı, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məhəmməd Rza Ağaayani, SEPAH-ın Kiber və Elektron Komandanlığının rəhbəri Davud Ləşgəryan və SEPAH-ın Kəşfiyyat İdarəsinin rəhbəri Məhəmməd Kazım Xadəmi daxildir.

ABŞ tərəfi bu şəxslərin fəaliyyəti və SEPAH-ın strukturları barədə mühüm məlumatların əldə edilməsində ictimaiyyətin yardımından istifadə etməyə çalışır.

Dövlət Departamentinin açıqlamasına əsasən, təqdim edilən məlumatın dəyərindən və əhəmiyyətindən asılı olaraq mükafat məbləği dəyişə bilər.

Gununsesi.info