17 yaşlı gənc bıçaqlandı

  • By admin
  • 09 Sentyabr 2016 22:03

BICAQ

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, şəhər sakini, 1999-cı il təvəllüdlü Asiman Ziyad oğlu Səfərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal  əməliyyat edilən yeniyetmənin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə A. Səfərov mübahisə zəminində şəhərin mərkəzində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info