Tatarıstanda 15 yaşlı şagird dərsdə ölüb

  • By admin
  • 09 Sentyabr 2016 22:06

mek

 

Rusiya Federasiyası Tatarıstan Respublikasında məktəbli oğlan rus dili dərsində ölüb.

Gununsesi.info-nun “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə istintaq Komitəsinin region üzrə idarəsi məlumat yayıb.

2001-ci il təvəllüdlü şagird məktəbdə huşunu itirib və təcili tibbi yardım gələnə kimi ölüb. İlkin məlumata əsasən onun heç bir xəstəliyi olmayıb.

Faktla bağlı istintaq öncəsi araşdırma başlanıb.

 

Gununsesi.info