18 marşrut yenidən hərəkət istiqamətini dəyişməli olacaq…

  • By admin
  • 10 İyul 2016 15:27

avtobus

 

İyulun 10-dan 11-nə keçən gecə Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə (Dakar meydanı) təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanacaq.

Gununsesi.info xəbər verir ki, bununla bağlı 11-12-20-22-32-35-36-40-44-49-50-51-57-62-64-70-94-214 nömrəli marşrut sürücüləri hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə edəcəklər.

Qeyd edək ki, bu barədə  mətbuata Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Gununsesi.info