
Türk Hava Yollarının Qvineyadan İstanbula uçan təyyarəsində qeyri-adi hadisə baş verib.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxandan iki saat sonra hamilə olan 18 yaşlı Diaby Nafi adlı sərnişinin sancısı tutub. Həmin an onun köməyinə ekipaj heyəti çatıb.
Təyyarə işçilərinin köməyilə 13 min metr yüksəklikdə dünyaya gələn körpəyə anası Kadiju adını qoyub.
Təyyarə Burkina Fasoya eniş edib, ana və körpə səhiyyə işçiləri tərəfindən nəzarətə götürülüb. Onların hər ikisinin səhhətinin normal olduğu bildirilib.
Gununsesi.info











