Gəlinini güllələyən qayınata – Həbsdə öldü

  • Müəllif: admin
  • 07 Aprel 2017 21:48

1491585706-9994

 

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov 2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirmişdi.

 

Gununsesi.info