18 yaşlı qız dərmandan zəhərləndi

  • By admin
  • 12 Oktyabr 2016 09:57

derman

Zaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib.

Gununsesi.info bildirir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə Aşağı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Fatimə İbrahim qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, bir-neçə dərman qəbul edən F. Rəcəbova zəhərlənib. Reanimasiya şöbəsinə yerləşdirilən qıza lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Fatimə Rəcəbova yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra dərman qəbul edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info