Zaqatalada “VAZ” ağaca çırpılıb - sürücü ölüb

  • By admin
  • 12 Oktyabr 2016 10:00

vaz

Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 03:19 da başa çatıb.

Anar

Gununsesi.info