180 mühaciri dənizə atdılar - 5 ÖLÜ, 50 İTKİN

  • By admin
  • 10 Avqust 2017 22:00

miqrant_3857676

Yəmən sahillərində insan alverçiləri qayıqda apardıqları miqrantları açıq dənizdə suya atılmağa məcbur ediblər.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, 180 miqrant özünü suya atmalı olub.

Beynəlxalq Miqrasiya Təşkilatı hadisə zamanı 5 nəfərin həlak olduğunu bildirib. 50 nəfər isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Həmin hadisə zamanı Efiopiya və Somalidən olan 120 miqrant suya atılmağa məcbur edilmişdi.

Qeyd olunur ki, insan alverçiləri mühacirləri müəyyən pul müqabilində qanunsuz olaraq daşıyırlar, sahildə polis tərəfindən ifşa olunacaqları barədə təhlükə duyduqda isə belə addım atırlar.

Gununsesi.info