198-ci saatda yeni möcüzə: Adıyamanda daha bir nəfər xilas edildi - VİDEO

  • By admin
  • 14 Fevral 2023 12:36

Kahramanmaraşda baş verən zəlzələdən 198 saat sonra yeni möcüzə yaşanıb.

Gununsesi.info xəbər verir ki, 18 yaşlı Muhammed Cafer Çetin dağıntılar altından sağ olaraq çıxarılıb.

Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları, Zonguldak mədən işçiləri, UMKE və digər qruplar 7 mərtəbəli binanın dağıntıları altında qalan 18 yaşlı Muhammed Cafer Çetinə çatıb. Çetin 198 saat sonra xilas edilib.

O, tibb qrupları tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından iki nəfəri sağ çıxarıblar.

Azərbaycanlı xilasedicilər iki qardaşı – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbakini – uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriliblər.

Gununsesi.info