
Dünya əhalisinin 2 milyardı iqlim dəyişikliyi nəticəsində qaçqın vəziyyətinə düşə bilər.
Gununsesi.info Daily News-ə istinadən xəbər verir ki, 2100-cü ildə iqlim dəyişikliyi nəticəsində okeanların səviyyəsinin qalxması insanların qaçqın düşməsinə səbəb ola bilər.
Belə bir qənaətə ABŞ Kornelli Universitetinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində gəliblər. Yəni iqlim dəyişikliyi Yer kürəsinin 5/1 əhalisinin qaçqın düşməsinə yol aça bilər.
Universitetin mütəxəssisi Çarlz Qeysler hesab edir ki, bu əhalinin böyük bir qismi biz düşündüyümüz tarixdən də tez qaçqın vəziyyətinə düşəcək.
BMT-nin məlumatına görə, 2100-cü ildə dünya əhalisinin sayı 11 milyarda çatacaq. Buna baxmayaraq, Yer kürəsində okeanlardakı buzların əriməsi nəticəsində torpaq sahəsi azalmağa başlayacaq və torpaqlar su altında qalacaq. Torpaqların azalması isə bu qədər insanın yaşaması üçün ciddi problem yaradacaq.
Kornelli Universitetinin alimlərinin fikrincə, 2060-cı ilədək qaçqınların sayı təqribən 1,4 milyardı, 2100-cü ildə isə 2 milyardı ötəcək.
Gununsesi.info












