Şikayət təsdiqini tapmayıb - EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ ARAŞDIRMA APARIB

  • Müəllif: admin
  • 29 İyun 2017 10:42

Ekologiya ve Tebii Servetler Nazirliyi 130112 1_700x390

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayət ərizəsində qeyd olunan Hirkan Milli Parkının Diryan meşəbəyliyinin 3 saylı dolayının ərazisinə baxış keçirilib. Baxış zamanı ərazidə ağac kəsilməsi faktı aşkar edilməyib.

Anar

Gununsesi.info