
İmişli sakininə məxsus 2 min otbağlamasıyanıb.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus təsərrüfatda qeydə alınıb. Beləki, İbrahim İmanova və onun oğluna məxsus ot tayası anidən alovlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin İmişli yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğın söndürən maşın və xeyli sayda canlı qüvvə cəlbedilib.Yanğın söndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Amma buna baxmayaraq ot bağlamaları yanmaqla yanaşı digər yerlərədə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.













