20 ildən sonra görüş - FOTOLAR

  • Müəllif: admin
  • 28 İyul 2017 16:28

DSC_0018

25 il öncə cənub bölgəsində fəaliyyətə başlayan,hazırda isə ölkənin nüfuzlu ali təhsil ocaqlarından  biri sayılan  Lənkəıran Dövlət Universitetində (LDU)  bu ali təhsil ocağın ilk  buraxılış ilinin məzunları ilə görüş keçirilib.

Ölkənin müxtəlif güşələrində, müxtəlif sahələrdə, işlərdə çalışan məzunların bir araya gələrək 20 ildən sonra təhsil aldıqları ali təhsil ocaqlarını yad etmələri kövrək notlarla yaddaqalan olub.

LDU-nun ilk buraxılış ilinin məzunlarını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da qəbul edib.

Rektor ölkənin ictimai-siyasi-mədəni həyatında silinməz izlər qoyan, əmək fəaliyyətləri ilə  təhsil aldıqları ali təhsil ocağının adını yüksəldən, professor-müəllim heyətinin  etimadını doğruldan, ölkə elminə  töhfələrini verən məzunları doğma ocaqda gördüyünə şad olduğunu deyib.

Professor Nati İbrahimov LDU-da son illərdə aparılan əsaslı kadr islahatından, elmi-texniki, tədris bazasının yenilənməsindən, tədris və imtahan prosesində şəffaflıq mühitinin yaradılmasından qonaqlara həvəslə söz açıb, keçirilən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdən ,qarşıda duran perspektivlərdən danışıb. Hazırda universitetin elmi potensialının artırılması istiqamətində kompleks tədbirlərə start verildiyini deyən N.İbrahimov gənc alimləri elmi əməkdaşlığa dəvət edib.

1993-cü ildə LDU-ya daxil olub 1997-ci ildə bitirən məzunların təmsilçiləri olan  bu günkü görüşün iştirakçıları harada yaşamalarından və işləmələrindən asılı olmayaraq təhsil aldıqları universitetlə daim qurur duyduqlarını bildiriblər. Coğrafiya üzrə fəlsəfə doktoru Aynur Heydərova, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova və başqaları çıxış edərək səmimi və isti qəbula görə rektor əvəzi N.İbrahimova, professor-müəllim  heyətinə dərin  minnətdarlıq bildiriblər.

Görüş xatirə şəkillərində əbədiləşdirilib. 20 ilin məzunlarının  universitetlə tanışlıq  görüşü gəzinti ilə yekunlaşıb.

DSC_0046 DSC_0056 DSC_0065

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri

Gununsesi.info