20 milyon insan ölə bilər - BMT ONLARA 6 AY VAXT QOYUB

  • Müəllif: admin
  • 24 Aprel 2017 22:45

bmt_tarixi

Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.

Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: “Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır”.

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.

Gununsesi.info