Rusiya Prezidenti Vladimir Putin avqustun 21-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirəcək.
Gununsesi.info xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib .
“Günün ortasında prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat iclası keçirəcək”, – deyə o bildirib.
Peskovun sözlərinə görə, bu, şəxsən keçiriləcək görüş olacaq. O, əlavə edib ki, Rusiya lideri mövzu ilə bağlı şəxsən qərar verəcək.
Bundan əlavə, prezidentin cədvəlinə bir neçə qeyri-rəsmi görüşlər daxildir.
Maqsud









