5 ay bundan əvvəl Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsindən 6 Saylı Cəzaçəkmə Müsəssisəsinə köçürülən sabiq deputat Nazim Bəydəmirlinin hələ də karantində saxlanılması barədə yazmışdıq.
Gununsesi.info-nun sabiq deputatın ailə üzvlərinə istinadən bu barədə məlumatı ictimailəşdirməsindən sonra Penitensiar Xidmət rəhbərliyi məsələ ilə maraqlanıb.
Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirlinin saytımıza verdiyi məlumata görə, Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinə rəisi Fikət Qafarov 6 Saylı Cəzaçəkmə Müəssisəsində sabiq deputatla görüşüb: “Nazim Bəydəmirli hansı əsasla onu 5 aydır ki, karantində saxladıqlarını soruşub. Fikrət Qafarov da öz növbəsində bildirib ki, bundan xəbəri olmayıb. O da müəssisə rəisindən soruşanda, başını aşağı salaraq susub. Görüş zamanı, həmçinin səhhətində kəskin problemlər olduğunu deyən Nazim Bəydəmirli tibbi müayinədən keçə bilməməsini də xüsusi vurğulayıb. Bütün tələbləri dinlənillib və vəd verilib ki, müsbət həllini tapacaq”.
Qeyd edək ki, Nazim Bəydərmirli özünün şikayətçi olduğu iş üzrə həbs edilib.
O, itihamları qəbul etmir və məhkəmə hökmünü ədalətsiz hesab edir.
Günay Mahirqızı
Gununsesi.info












