Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

  • Müəllif: Firuzə
  • 05 Oktyabr 2026 10:19

Oktyabrın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Gununsesi.info-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Gununsesi.info