Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI

  • Müəllif: Orxan
  • 05 Oktyabr 2026 14:13

Azərbaycanda 2025-ci ildə ən az investisiya yatırılan rayon və şəhərlər məlum olub.

Gununsesi.info FED.az istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın rayon və şəhərləri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmində böyük fərqlər qeydə alınıb.

FED.AZ-ın hazırladığı renkinqə görə, 2025-ci ildə ən az yatırım edilən rayonlar (şəhərlər) arasında Naftalan birinci yerdədir. Ötən il şəhərə cəmi 3,3 milyon manat yatırım edilib. Naftalana yatırımın az olmasının səbəblərindən biri də şəhərin ərazisinin kiçik olması və daha çox bir istiqamət üzrə – sağlamlıq və turizm üzrə ixtisaslaşmasıdır.

Sonrakı yeri Yardımlı rayonu tutur – cəmii 5,5% milyon maat. Bu dəfə ən az yatırım edilən rayonların sırasında Qazax və Goranboy kimi iri rayonların da yer alması təəccüblüdür.

İlk 10-luqda əlavə olaraq Qobustan, Qax, Lerik, Şabran, ucar və Saatlı da yer alıb.

1553007

Gununsesi.info