Biləsuvarda kişi qohumu tərəfindən qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 04 Oktyabr 2026 23:56

Biləsuvar rayonunda qətl hadisəsi olub.


Gununsesi.info 
xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən ölüb.

Onun əməli törətməkdə şübhəli bilinən qohumu, 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (APA).

Gununsesi.info