2027-ci ilin dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinin 24 sentyabr 2026-cı il tarixli iclasında baxıldıqdan sonra 25 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevə göndərilib. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, büdcə zərfi Prezident Administrasiyasında baxıldıqdan sonra ən geci oktyabr ayının 15-dək rəsmi şəkildə Milli Məclisin müzakirəsinə göndəriləcək.Həmin müddət qısaldıqca,2027-ci ilin büdcəsindən gözləntilərin aktuallığı da artır…
Bu kontekstdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı zamanı Azərbaycanın ortamüddətli dövrün inkişaf xəritəsini,prioritetlərini və 2027-ci ilin büdcəsindən gözləntilərin aktual məqamlarını diqqətə çatdırıb.
Dövlət başçısı bildirib ki:”əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir.Sülh müqaviləsi paraflanıb,artıq təmaslar da var.Bununla belə hərbi gücümüzün artırılması həmişə lazımdır.” Bunu əsaslandıran zaman dövlət başçısı ermənilərin azərbaycan xalqına qarşı törətdiklərini konkret tarixi faktlarla xatırladaraq bildirib ki, “biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq.Necə ki, bu gün belədir, sabah da belə olacaq.” Dövlət başçısı əlavə edib ki,ikinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır.”Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq….Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.Elə güc əldə etməliyik və bunu əldə edirik ki, Azərbaycana qarşı hansısa təxribat törətmək heç kimin ağlına belə gəlməsin Ona görə gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur.” …”Əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq.”
Prezident İlham Əliyev çıxışında ölkənin iqtisadi və maliyyə sabitliyinin hazırkı mərhələdə ən mühüm amillərdən biri olduğunu vurğulayıb.Bu yanaşma 2027-ci ilin büdcə layihəsində kəsirin inflyasiya törədə bilən həddən aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının idarə olunması hədəfləri ilə birbaşa üst-üstə düşür.Dövlət başçısı ölkənin xarici dövlət borcunun çox aşağı səviyyədə -ÜDM-in 5,6%-i civarında olduğunu xatırladaraq qeyd edib ki:”biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik.Bu nə deməkdir?O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq” Bu strateji xətt,dövlət büdcəsinin xarici kreditlərdən asılılığının azaldılması prinsiplərini tam təsdiqləyir.”
Prezident İlham Əliyevin çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və yatırılan investisiyalar barədə mühüm göstəriciləri açıqlayıb.Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı istiqamətində indiyədək 28 milyard manat vəsait xərcləndiyini xüsusi vurğulaıb.Bu nəhəng məbləğin çox böyük bir hissəsi bölgədəki fundamental infrastruktur layihələrinin icrasına yönəldilmiş və bu layihələrin əksəriyyəti artıq uğurla başa çatdırılmışdır.Azad edilmiş torpaqlarda hazırda 96 min insanın daimi məskunlaşması təmin edilib.Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq azad edilmiş bölgələrdəki 48 yaşayış məntəqəsində tam məskunlaşıb.Prezident İlham Əliyev həmçinin əminliyini ifadə edib ki, Böyük Qayıdış prosesi daha da sürətlə davam etdiriləcəkdir. Gələn il şğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur və yenidənqurma layihələri üçün 3,4 milyard manat vəsait ayrılması planlaşdırılır.
Məlum olduğu kimi, 2027-ci ilin büdcə xərclərinin 44%-nin bilavasitə sosial sahələrə yönəldilməsi nəzərdə tutulur.Bu kontekstdə dövlət başçısının çıxışında sosial məsələlər də yer alıb.Gələn il minimum əməkhaqqı,pensiyalar və sosial müavinətlərin artırılacağı və bununla bağlı artıq müvafiq göstərişlərin verildiyi bildirib.
Prezident iqtisadi artımın sürətlənməsi üçün daxili investisiya layihələrinin daha fəal icra ediləcəyini bildirib.
Əli Məsimli
Milli Məclisin deputatı











