Dövlət Dumasının keçmiş deputatı Andrey Doroşenko Soçidə həbs edilib .
Gununsesi.info xəbər verir ki, o, 1,8 milyard rubl oğurluğu ilə bağlı dələduzluq sxemində iştirak etməkdə şübhəli bilinir.
Bu barədə regional məhkəmələrin birgə mətbuat xidməti Telegram-da məlumat verib.
Məlumata görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə cinayət törətməkdə ittiham olunub.
“2017-ci ildən 2025-ci ilə qədər Doroşenko digər şəxslərlə əlbir hərəkət edərək Krasnodar diyarında yolların təmiri və yenidən qurulması üçün nəzərdə tutulmuş büdcə vəsaitlərini qəsdən mənimsəyib”, – deyə açıqlamada bildirilir.
Mətbuat xidməti qeyd edib ki, saxta sxemdə iki regional şirkətin iştirak etdiyi dəqiqləşdirilib. Göstərilən müddət ərzində yol şirkətləri sxem iştirakçılarının xahişi ilə ümumilikdə 1,8 milyard rubl məbləğində ianə ediblər.
Maqsud











