Övladlığa götürmə proseduru dəyişdi - FƏRMAN

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydasında dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb.

Dəyişikliklə övladlığa götürmək istəyən şəxslərlə sosial işçinin görüşləri ilə bağlı müddət və saatlar yenilənib.

Belə ki, qaydanın 7.4-cü bəndinə əsasən, əvvəl nəzərdə tutulan 2 ay ərzində ayda ən azı 40 saat müddəti 1 ay ərzində azı 20 saat olaraq müəyyənləşdirilib.

7.5-ci bənddə də dəyişiklik edilərək 1 rəqəmi 3-lə, 20 saat 10 saatla, 12 saat isə 6 saatla əvəz olunub.

Bundan əlavə, sosial işçinin fəaliyyət müddəti də yenidən müəyyənləşdirilib. 7.4-cü bənd üzrə sosial işçi müəyyən edilmiş müddətdə 10 saatdan az olmayaraq, 7.5-ci bənd üzrə isə bütün müddət ərzində fəaliyyət göstərəcək.

Dəyişikliklər valideyn himayəsindən məhrum olmuş uşaqların, o cümlədən Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydalarına aiddir.

 

 

Gununsesi.info