20 yaşlı gənc itkin düşdü - O evdən çıxıb və bir daha geri qayıtmayıb

  • By admin
  • 11 Sentyabr 2019 13:44

Bakıda 20 yaşlı şəxs itkin düşüb.

Gununsesi.org xəbər verir ki, paytaxtın Xətai rayonu, M.Davud küçəsi, ev 96 ünvanında kirayə qalan 1999-cu il təvəllüdlü Emin Qəşəm oğlu İsrafilov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə onun qardaşı, Mingəçevir şəhər sakini İlkin Qəşəm oğlu İsrafilov məlumat varib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org