20 yaşlı qızı 10 yaşlı uşağa verdilər - ƏRƏB ÖLKƏLƏRİNDƏ DAHA BİR RƏZALƏT

  • By admin
  • 03 İyun 2018 10:41
Ərəb ölkələrinin birində 10 yaşlı oğlanı evləndiriblər. Azyaşlının toy görüntüləri sosial şəbəkələrdə yayılıb.
Gəlinlə bəyin toy mərasiminin keçiriləcəyi məkana gəlişi telefonla çəkilib. Yayılan videoda görüntülərdə gəlinin ən az 20 yaşında olduğunugörmək olar.
Görüntüləri izlədikcə balaca bəyin baş verənlərdən məmnun, gəlinin isə çox bədbəxt olduğu diqqətdən qaçmır. Bu da təbiidir. Axı həyatın, ailənin ciddiliyini dərk etməyən uşaq bu toyu əyləncə kimi qəbul edir. Yetkin yaşına çatmış bir qız üçün isə balaca uşağa ərə getməsindən dəhşətli nə ola bilər?!
Gununsesi.info