Şəkidə sel sularında “rəqs edənlər” ölümdən belə döndü - VİDEO

  • Müəllif: admin
  • 03 İyun 2018 10:22

 

 

Son günlər ölkə ərazisinə yağan leysan bir sıra rayonlarda ciddi fəsadlara səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, bu yağışlar həm də bölgələrdə insan həyatı üçün də ciddi problemə çevrilib. Şəkinin Kiş çayını yük avtomobilində keçən insanların görüntüsü isə sosial şəbəkələrdə təəccübə səbəb olub.

Belə ki, 20 nəfərdən artıq şəxs yük avtomobili vasitəsi ilə daşan çayı keçir. Yaranan təhlükəli anlar isə hər dəqiqə onların həyatının faciəyə səbəb olacağını göstərir. Yük avtomobili bir neçə dəfə bu təhlükə ilə qarşılaşsa da sonradan onu adlada bilir.

Gununsesi.info həyəcana səbəb olan  həmin görüntüləri təqdim edir: