200-dən çox mağazası olan məşhur geyim markası iflas etdi - FOTO

  • By admin
  • 07 İyul 2020 21:50
Koronavirus səbəb ilə iflas edən ABŞ-lı şirkətlərin sırasına daha bir şirkət daxil olub.
Gununsesi.org xəbər verir ki, 200-dən çox mağazası olan 30 illik hazır geyim markası “Lucky Brand” iflas üçün məhkəməyə müraciət edib.
1990-cı ildə qurulan məşhur geyim brendinin koronavirus səbəbi ilə ən az 13 mağazasını bağladığı və 182 milyon dollarlıq maliyyə borcu ilə yanaşı satıcılara 79 milyon dollar borcu olduğu bildirilib.
Gununsesi.org