“2017-ci il Azərbaycan üçün çox əlamətdar il olub” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 07 Noyabr 2017 12:12
“2017-ci  il Azərbaycan üçün çox əlamətdar il olub. 2 ay öncə 21-ci əsrin müqaviləsi imzalanıb.  Azərbaycan dinamik inkişaf edir və dünyaya sivil qaydada inteqrasiya olunur”. 
 
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.  
Onun sözlərinə görə, neft gəlirləri Azərbaycanın inkişafına öz töhfəsini verməkdədir: “Bu günlərdə Bakı-Tiflis-Qars dəmiryol xəttinin istifadəyə verilməsi isə onu göstərir ki, Azərbaycan transmilli layihələrdə uğurla iştirak edir. BTQ dəmiryolunun istifadəyə verilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. BTQ-nin gerçəkləşməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək”.
Z.Səmədzadə Azərbaycanda iqtisadi sahədə həyata keçirilən iqtisadi islahataalr və bu islahatların dünya çapındakı rolundan danışaraq deyib ki, bunun nəticəsi olaraq Azərbaycan rəqabət mühitinin yaradılmasına görə dünyada 35-ci yerdə qərarlaşıb: “Elə ölkə başçısının iqtisadi islahatların daha da dərinləşdirilməsi mqəsədi ilə xüsusi korporasiya yaradılması bunun barzi göstəricisidir. Bu ölkə iqtisadiyyatının diversifikasiyasına müstəsna rol oynayacaq”.
Büdcə haqqında məlumat verən komitə sədri bildirib ki, növbəti ilin büdcə zərfi qlobal iqtisadi risklər fonunda hazırlanıb və sənəd ölkənin iqtisadi reallığını əks etdirir.
Mürtəza
Gununsesi.info