BDU-nun alimləri IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda - FOTOLAR

  • By admin
  • 07 Noyabr 2017 12:18

Türkiyənin Malatya şəhərində İnönü Universitetinin təşkilatçılığı ilə IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. 11 ölkədən 300-dən artıq elm adamının qatıldığı tədbirdə türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

Gununsesi.info xəbər verir ki, simpoziumda Bakı Dövlət Universitetini Filologiya fakültəsindən professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, dosent Gülxanım Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov və Anar Fərəcov, Tarix fakültəsinin dosentləri Sevinc Qasımova, Mətanət Məmmədova, Elvira Lətifova və Arzu Məmmədova təmsil edib. Alimlərimizdən dosent Elvira Lətifova simpoziumun təşkilat komitəsinin üzvü, professor Zemfira Şahbazova isə bölmə rəhbəri kimi fəaliyyət göstərib. Bağlanış mərasimində azərbaycanlı alimlər adından dosent Qızılgül Abdullayeva, gənc tədqiqatçılar adından Pərvin Eyvazov çıxış edərək belə bir möhtəşəm tədbirin keçirilməsinə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər. Həmçinin bu müddət ərzində İnönü Universitetinin rektoru ayrıca qonaqlarla görüşüb, iştirakçıların Malatya şəhərinin tarixi və görməli yerləri ilə tanışlığı baş tutub.

 

 

Gununsesi.info