21 yaşlı Dilarə atasını öldürüb - "MƏNİ ZORLAYIRDI, ANAMI İSƏ DÖYÜRDÜ" - FOTOLAR

  • By admin
  • 11 Noyabr 2017 10:58

Türkiyənin Bursa şəhərində anasını döydüyü üçün atasını öldürən 21 yaşlı qız tükürpədici ifadəsi ilə diqqət çəkib.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, Bursanın Mustafakemalpaşa qəsəbəsində onu zorladığı, anasını döydüyü iddiasıyla 42 yaşlı atası Kemal K.-ni tapançayla öldürən 21 yaşlı Dilarə K. polisə təslim olub.

Dilarə K. ifadəsində “Sizi öldürəcəyəm deyə qışqırınca, qorxutmaq məqsədiylə atəş açdım” bildirib.

O vurğulayıb ki, atası narkotik istifadəçisi olub: “Asılı hala gəlmişdi. Zaman-zaman mənə təcavüz də etdi. Olay gecəsi asma xəstəsi olan anamı döydü”.

Qətllə bağlı istintaq davam edir.

Gununsesi.info