23 yaşlı gənc internetdə tanış olduğu qadınlarla cinsi əlaqədə olub, sonra onları doğrayıb - FOTOLAR+VİDEO

  • By admin
  • 01 Noyabr 2017 11:20

27 yaşlı gənc sosial şəbəkədə tanış olduğu 9 nəfəri doğrayaraq öldürüb.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, dəhşətli cinayət Yaponiyanın paytaxtı Tokioda baş verib.

27 yaşlı Takahiro Şiraişi adlı şəxs Twitter-də əlaqə yaratdığı 9 nəfəri doğrayıb. O, parçalanmış cəsədləri soyuducularda saxladığını etiraf edib.

Onun 9 qurbanından 8-i qadın olub. Takahiro onları hamamda mişarla doğrayıb və tutulmaqdan qorxduğu üçün cəsəd parçalarını və sümükləri evində saxlayıb. Qatilin evindən 240 insan sümüyü tapılıb.

Onun silsilə cinayətinin üstü 23 yaşlı qadının yoxa çıxmasından sonra açılıb. Belə ki, yoxa çıxan qadının qardaşı onun sosial şəbəkə hesablarını araşdırıb. O, cinayətkarla bacısının mesajlarını tapıb. Mesajları görən oğlan dəhşətə gəlib. O, polisə xəbər verib. Qısa müddət sonra cinayətkar tutulub. Polislər onun yaşadığı evə girəndə şoka düşüblər.

Takahiro Shiraishi məhkəmədə cinayətlərini etiraf edib. O, ifadəsində bildirib ki, intihar etmək istəyən, həyatından bezən şəxslərə yardım edib. Takahiro bəzi qurbanlarından bunun müqabilində pul alıb, bəziləri ilə isə cinsi əlaqədə olub.

Qeyd edək ki, Takahiro silsilə cinayətləri avqust və sentyabr aylarında törədib. O, ölmək istəyib, amma tək ölməkdən qorxan sosial şəbəkə istifadəçilərini aldadıb, birlikdə öləcəklərini söyləyib, daha sonra isə onları öldürüb.

Gununsesi.info hadisə yerindən fotoları təqdim edir:


Gununsesi.info