
“WikiLeaks”in qurucusu Julian Assangenin “Twitter” sosial şəbəkəsindəki hesabı sirli şəkildə yoxa çıxıb.
Gununsesi.info xəbər verir ki, illərdir, Ekvadorun İngiltərədəki səfirliyinin binasında yaşayan Julianın hesabının özünün sildiyi, yoxsa sosial şəbəkə tərəfindən silindiyi hələ dəqiq məlum deyil. Onun adını yazıb axtarış edənlər “Belə səhifə yoxdur” ifadəsi ilə qarşılaşırlar. Bu isə hesabın onun özü tərəfindən silindiyini göstərir. Çünki hesab “Twitter” tərəfindən silinsə idi, axtarış nəticəsi kimi başqa ifadə öz əksini tapardı.
Qeyd edək ki, Assange barəsində İsveçdə təcavüz məddəsi ilə cinayət işi açılıb. Lakin o, bu ittihamları qəbul etmir, WikiLeaks-ın ABŞ-a veriləcəyindən qorxur.
WikiLeaks öz gizliliyini qoruyaraq hökumətlərin və beynəlxalq qurumların məxfi məlumatlarına nüfuz edən, bu informasiyaları yayan mərkəzi İsveçdə yerləşən təşkilatdır.
Gununsesi.info












