BMT-nin yeni büdcəsi bilindi

  • Müəllif: admin
  • 25 Dekabr 2017 20:30


BMT Baş Assambleyası təşkilatın iki illik büdcəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, iki illik büdcə 5,395 milyard dollar təşkil edib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş bundan öncə yeni büdcənin 5,4 milyard dollardan çox olması gərəkdiyini bildirmişdi.

Hazırda BMT-nin ən böyük maliyyəçisi ABŞ (ümumi büdcənin 22%-i) hesab edilir. Ondan sonrakı yerlərdə Yaponiya (9,6%) və Çin (7,9%) gəlir.

Gununsesi.info