Çin Fransadan təyyarə alacaq - 18 MİLYARD DOLLARA

  • By admin
  • 10 Yanvar 2018 19:40

Çin 13 yerli aviaşirkət üçün Fransadan 184 “Airbus” təyyarəsi alacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə razılaşma Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri çərçivəsində əldə edilib.

Qeyd olunur ki, təyyarələrin Çinə tədarükü 2019-2020-ci illərdən nəzərdə tutulub.

Razılaşmanın məbləği açıqlanmasa da, mütəxəssislər ümumi qiymətin 18 milyard dollar təşkil edə biləcəyini deyir.

Qeyd edək ki, səfərin ilk günündə, yanvarın 8-də E.Makron Çin rəhbəri Si Tzinpinə at hədiyyə etmişdi.

Gununsesi.info