Zurab Baterqayevi məğlub edən AZƏRBAYCANLI

  • Müəllif: admin
  • 26 Fevral 2018 14:00

Tofiq Musayev WFCA 45 üzrə reytinq döyüşündə, qələbə qazanaraq bayrağmızı dalğalandırdı


Hər sahədə olduğu kimi, idman sahəsində də uğur qazanaraq bayrağımızı dalğalandıran gənclərimiz yetişməkdədir.

Gununsesi.info xəbər verir ki, Tofiq Musayev də 2 gün öncə ölkəmizə qalibiyyət zövqünü yaşatdı. O, WFCA 45 üzrə reytinq döyüşündə, qələbə qazanaraq reytinqin 2-ci pilləsində qərarlaşıb.Onun növbəti döyüşü isə kəmər uğrunda olacaq. Qısa müddət ərzində beynəlxalq ictimaiətin diqqətini öz üzərinə yönəldən Tofiq bildirib ki; “ fevralın 24 rəqibi Çeçenistan klubunun idmançısı  Zurab Baterqayev idi. 10 may -Ulu öndərin xatirəsinə həsr olunacaq 46-cı turnirin Bakıda keçiriləcəyi gözlənilir, Həmin məsuliyyətli döyüşdə ola bilər ki, rəqibi  ya İmaməli Qamzatov ya da Huseyn Xəliyev olacağı gözlənilir. Dəqiq heç bir məlumat yoxdur, çunki təçkilati məsələlər danışıqlar mərhələsindədir”

Gununsesi.info