3 illik istintaq başa çatdı: "Google" 1 milyard avro cərimə ödəyəcək

2016-ci ildə Fransada vergi fəaliyyətləri ilə bağlı ABŞ mərkəzli texnologiya şirkəti “Google”a qarşı aparılan istintaq başa çatıb.
Gununsesi.org xarici mətbuata istinadla xəbər verir ki, “Google” istintaqın sonunda 500 milyon avro cərimə ödəməyi qəbul edib. Şirkət həmçinin ötən illərin vergi borcu üzrə daha 464 milyon avro ödəyəcək. Bununla da “Google”un bütövlükdə 1 milyard avro ödəniş etməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, “Google”ın qanunlara riayət edib etmədiyini müəyyən etmək üçün Fransa vergi orqanları 2016-cı ildə şirkətin Parisdəki qərargahında yoxlamalara başlamışdı.
Gununsesi.org