3 İngiltərə klubunda 6 virusa yoluxma halı qeydə alındı

  • By admin
  • 19 May 2020 21:49

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan testlərin nəticələri açıqlanıb.

Gununsesi.org-un çempionatın rəsmi saytına istinadən məlumatına görə, 748 nəfərdən götürülən analizlərdən sonra 3 klubda virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Həmin şəxslərin adları açıqlanmayıb. Onlar 7 günlük karantində olacaqlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib.

 

 

Gununsesi.org