3 milyon insan işsiz qalacaq - RUSİYADA

  • By admin
  • 27 Oktyabr 2017 21:36

Yaxın vaxtlarda Rusiyada əmək bazarında 3 milyondan artıq insan işsiz qalacaq.

Gununsesi.info xəbər verir ki, belə proqnozla Rusiyanın açıq hökumət üzrə naziri Mixail Abızov çıxış edib.

Nazirin sözlərinə görə, həmin insanlar əsasən mühasiblər, hüquqşünaslar, inzibati işlərdə çalışan əməkdaşlar olacaq, yəni onlar üçün Rusiyada iş olmayacaq.

Bunun səbəbini isə nazir belə izah edib ki, Rusiyada informasiya texnologiyaları yüksək sürətlə inkişaf edir, insan əməyinə ehtiyac azalır.

Gununsesi.info