
Şəkidə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə evin tüstü bacasının ətrafı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info










