Çempionlar Liqasının finalı Avropadan kənarda keçiriləcək?

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 00:00

uefa-1

 “Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da  keçirilə bilər.  Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.

Gununsesi.info “BBC”yə istinadən  xəbərə verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq” – deyə,  UEFA prezidenti əlavə edib.

Gununsesi.info