Bolqarıstan–Belarus qarşılaşmasının FIFA komissarı azərbaycanlı olacaq

  • By admin
  • 20 Oktyabr 2016 23:51

belo-2

AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

Gununsesi.info xəbər verir ki, o, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan–Belarus qarşılaşmasının FIFA komissarı olacaq.

Oyun noyabrın 13-də Sofiyadakı Vasil Levski adına Milli Stadionda oynanılacaq.

Gununsesi.info