3 piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib

  • By admin
  • 01 Noyabr 2016 14:11

Piyadani Vurdu

Quba rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Quba-Ərməki kənd yolunda qeydə alınıb.

“QAZ 66” markalı avtomobil yolda dayanan 3 nəfəri vurub. Həmin şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Ərməki kənd sakinləri, 1967-ci il təvəllüdlü Daşdəmirov Mübariz Yadigar oğlu, 1973-cü il təvəllüdlü Mehrəliyev Rəsul Hafiz oğlu və 1962-ci il təvəllüdlü Süleymanov İdris Xalid oğludur.

Məlumata görə, xəsarət alanlar yolda nasaz olan avtomobili təmir etmək istəyirmişlər.

Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Gununsesi.info