
Bu gün işğal olunmuş ərazilərimizdə Ermmənistan və ATƏT-in Minsk qrupu həmsədrlərindın ibarət alyans formalaşıb ki, bu alyans Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasına imkn vermir.
Bu fikiri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı son günlərdə cəbhə xəttində yaranmış gərginliyə və erməniləriən həyata keçirdiyi təxribatlara mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Qarabağdakı ermənilər bir daha status-kvonu qoruyub saxlamağa çalışırlar: “Ermənilər Müdafiə Nazirliyi sistemində dəyişiklik edilib və yeni rəhbərlik indi cəbhədə vəziyyəti dəyişməyə cəhd etməklə özlərinə inamı artırmaq istəyirlər. O baxımdan da, özlərini təsdiq etmək üçün təxribatlara əl atırlar”- deyə, o, bildirib.
Millət vəkili onu da əlavə edib ki, Ermənistanın belə təxribatlara əl atmasının ən başlıca günahını həm də ATƏT-in Minsk qrupunun həmsədrlərində görür: “Çünki Azərbaycan prezdenti son vaxtlar Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqmətində müəyyən fikirlər səsləndirib. Ancaq Azərbaycan prezidentinin təkliflərini ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrindən başqa heç bir həmsədr ölkə təqdir etmədi və bu təkliflər susqunluqla müşaiyət olundu. Azərbaycan prezidenti həmsədrlərə münaqişənin həlli ilə bağlı ciddi addımlar atmaq üçün yaxşı şans verdi, ancaq biz bunun şahidi olmadıq. Biz gözləyirdik ki, həmsdərlər Azərbaycan prezidentinin bu təklifindən yararlanaraq Ermənistanı sülhə vadar edəcək. Odur ki, günahı Ermənistanla yanaşı, həmsdərlərdə görürəm”.
Millət vəkili bildirib ki, həmsədrlər Ermənistana qarşı mövqelərini sərtləşdirməli və onun yanında olmamalıdırlar: “Həmsdər ölkələr Qarabağ probleminin həlli ilə bağlı Ermənistana konkret vaxt qoymalıdır. Şərtlər qəbul edilmədikdə isə Ermənistana sanksiyalar tətəbiq edib, onu yerində oturtmalıdırlar. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Faktiki olaraq bu gün işğal olunmuş torpaqlarımızda Azərbaycana qarşı Ermənistan və həmsədrlərdən ibarət bir alyans formalaşıb. Bu alyans Azərbaycan torpaqlarının işğaldan azad olunmasına imkan vermir”. F.Ağamalı hesab edir ki, ümid ancaq Azərbaycan ordusuna qalıb. “Azərbaycan ordusu apreldə olduğu kimi, müharibəni bərpa etməklə Ermənistanın işğalına son qoymalıdır”- deyə, o bildirib.
Millət vəkili yenidən aprel döyüşlərinin bərpa olunacağını istisna etmir: “ Çünki Ermənistanın son davranışları Azərbaycanı bu addımı atmağa vadar edir. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq bu addımı atacaq və mənim buna heç bir şübhəm yoxdur”.
Mürtəza Bünyadlı
Gununsesi.info












